Universitet və orta məktəb əlaqələri genişlənir

WhatsApp Image 2018-10-26 at 17.26.45 (1)

Universitetimizin rektoru professor Yusif Yusibov universitetin orta məktəblərlə əlaqələrinə çox böyük önəm verir. Xarici Dillər fakültəsinin Rus dili ixtisasının III kurs tələbələri ixtisas dilinin tədrisi metodikası fənnindən aldıqları nəzəri bilikləri möhkəmləndirmək məqsədilə, 24.10.2018-ci il tarixdə Rus dili kafedrasının dosenti Sevda Əliyevanın rəhbərliyi altında 16 saylı tam orta məktəbində olmuşlar. Tələbələr kurikulum üsulu ilə keçirilən Rus dili dərsini dinləmişlər. Tələbələrin məktəbdə gördükləri və öyrəndikləri onların seminar məşğələlərində onlara çox kömək edəcəkdir. Bu səbəbdən fakültəmizin rəhbərliyi 16 saylı tam orta məktəbin direktoru Elnurə müəlliməyə, Rus dili müəlliməsi Nina Vladimirovnayaya  tələbələrimizə göstərdikləri diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk.