21 sentyabr – Beynəlxalq Sülh Günüdür!

1443611862_12

Beynəlxalq Sülh Günü — 21 sentyabr tarixində bütün dünyada qeyd olunan bayram.

     Bu gün dünyada yüz milyonlarla insanın dərin ürək çırpıntısı, böyük ümid, şirin arzularla təkrar etdiyi müqəddəs bir söz vardır – Sülh! Bu sözün böyük mənası qanlı müharibələrin bütün iztirab və ağırlıqlarını görmüş insanlar üçün əzizdir, qiymətlidir. Dərisinin rəngindən, dini etiqadlarından asılı olmayaraq, yüz milyonlarla insan sülhü qorumaq, yeni qanlı müharibələrin qabağını almaq üçün birləşməlidir. Bu birlik hər yerdə müharibə qızışdıranları ifşa etmək, xalqların əmin-amanlıq içində yaşamasını, dövlətlər arasındakı mübahisəli məsələlərin danışıq yolu, sülh yolu ilə həll olunmasını təmin etmək əzmində olan adamların birliyidir.

bigstock-international-day-of-peace-71171305-555x370

     Beynəlxalq Sülh Günü BMT-nin 30 noyabr 1981-ci ildəki qərarı ilə bütün dünyada qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs vermişdir. 1999-cu ildə rejissor Ceremi Cilli insan cəmiyyətinin əsas problemləri və nisbətən təcili həll olunmalı olan məsələlər barəsində “Peace one day”i yaratdı. Onun əsas cəhd etdiyi o idi ki, heç olmasa ildə bircə gün bütün dünyada insan zorakılığının baş verməsinin qarşısını alsın, atəşkəs olsun.

     21 sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir.

 

IMG-20170921-WA0001

Mən sülhə səs verirem

 

Mən sülhə səs verirəm,
Milyonlardan biri tək
Qoy bir daha ordular
Üz-üzə dayanmasın.

Mən sülhə səs verirəm,
Bombaların səsindən
Beşikdəki körpələ
Hıçqırıb oyanmasın.

Mən sülhə səs verirəm,
Böyük kəndlər, şəhərlər
Viran olub qalmasın
Tüstü-duman içində.

Mən sülhə səs verirem,
Qədim abidələri
Yerlə yeksan etməsin
Toplar bir an içində.

Mən sülhə səs verirəm,
Ağ saçlı anaların
Gözləri yaşla dolub
Qəlbi darda qalmasın.

Mən sülhə səs verirəm,
Cavan qızlar, gəlinlər
Baxıb-baxıb yollara
İntizarda qalmasın.