Yeni dərs ilində Alman dili kafedrasının ilk uğuru

Kafedranın baş müəllimi Ofelya Müslümovanın filologiya üzrə fəlsəfə doktoru elmi adı alması Xarici dillər fakültəsinin bütün əməkdaşlarını sevindirdi. Keçən bir il ərzində kafedranın iki müəllimi alimlik dərəcəsinə yüksəlmişdir.

İkinci xoş xəbər kafedranın müdiri, filologiya üzrə fəlsəfə doktoru baş müəllim Elvin Atakişiyevin dilçiliyə həsr edilmiş monoqrafiyasının işıq üzü görməsidir.

Ümid edirik ki,  müdafiə edənlərin kafedrada sayı artacaq və çap işləri çoxalacaq.