«Hissə bildirən artikllarla dialoqlar qurmaq» mövzusunda açıq dərs

Fransız dili kafedrasının baş müəllimi Günel Hüseynovanın  9 dekabr  2025-ci il tarixdə Xarici dil müəllimliyi Fransiz dili ixtisasi I  kursda Dil bacarıqları fənnindən «Hissə bildirən artikllarla dialoqlar qurmaq» mövzusunda açıq dərsi oldu. Açıq dərsdə Xarici Dillər Fakültəsinin dekanı dos.Əjdər Əsgərov, Fransız dili kafedrasının müdiri f.f.d. M.Orucov, alman dili kafedrasının müdiri E. Atakişiyev və kafedra  əməkdaşları iştirak etdilər.

Kafedranın baş müəllimi G. Hüseynova-açıq dərsin mövzusu  haqqında məlumat verdi. O çıxış edərək bildirdi:   Ümumiyyətlə xarici dillərin tədrisini müasir mütodlarla daha maraqlı və əyləncəli etmək olur. Əslində ənənəvi metoddan  fərqli olaraq müasir metodlar dili daha tez, daha anlaşıqlı edir və  fərqli, əyləncəli tətbiqlərlə həyata keçirilir. Fransız dilinin istər qrammarika istər dil bacarığı, istər fonetika ümumiyyətlə bütün fənnlərini əyləncəli etmək üçün yeni tətbiqlərdən olan Kahoot.com la daha əlverişli etmək olur. Mən bu günkü dərsi əvvəlcədən Kahoot.com səhifəmdə hazırladığım dərsin mövzusuna uyğun quizlə rəngarəng etməyə çalışdım.

Dərs həm əyləncəli həm maraqlı həm də keyfiyyətli keçdi. Bu tətbiqlər vasitəsilə dilə maraq daha da artır. Ən əsası öyrənmək daha asanlaşır.

 Nəticə olaraq demək istəyirəm ki, bu cür tətbiqlərin yalnız  müsbət tərəfi var.  

Sonra açıq dərsin müzakiresi aparıldı.

Kafedra müdiri fil.f.d. M. Orucov-çıxış edərək mövzunun aktuallığını vurğuladı. Günümüzdə bu cür tətbiqlərin nə dərəcədə rol oynamasi haqqında fikrini bildirdi.  Sonra fakültə dekanı dos. Ə.Əsgərov öz fikrini bildirdi. Ilk novbədə tələbələrin fəallığını qeyd etdi. Dərsin maraqlı, əyləncəli keçdiyini vurğuladı.