





Müsabiqədə iştirak edən tələbələr arasında 2-ci yerin qalibi “SADA” komandası olmuşdur. Komandanın üzvləri – Məmmədova Sevgi, Xarici Dillər fakültəsinin Xarici dil müəllimliyi (ingilis dili) ixtisasının tələbəsi, və İsgəndərova Şəfiqə, Kimya-Biologiya fakültəsinin Kimya müəllimliyi ixtisasının tələbəsidir.
Komanda tərəfindən təqdim edilən layihə 38 ideya arasından seçilərək yüksək nəticə göstərmiş, Sertifikat və 500 AZN mükafatla təltif olunmuşdur.
“SADA” layihəsi GPS əsaslı, səslə işləyən süni intellektə qurulmuş ağıllı bələdçi sistemi kimi hazırlanmış innovativ bir ideyadır.
Gəncə Dövlət Universiteti tələbələrinin bu uğuru onların yaradıcılıq potensialının, texnoloji düşüncəsinin və təşəbbüskarlığının bariz nümunəsidir. Komandamızı səmimi qəlbdən təbrik edir, gələcək layihələrində uğurlar arzulayırıq!