“Müəllimin rolları” mövzusunda açıq dərs

08.12.2025-ci il tarixdə Qrammatika və onun tədrisi kafedrasının baş müəllimi Zülfiyyə Qəhrəmanovanın  Xarici dil müəllimliyi 41 qrupunda “Müəllimin rolları” mövzusunda açıq dərsi keçirildi.

Müəllim dərsin məqsədlərini qeyd etdikdən sonra əsas mövzuya keçdi.

Mövzu çox aktual idi. Belə ki, XXI əsrdə ingilis dilinin tədrisində müəllimim fasilitator və mentor rollarının daha öndə getdiyini vurğuladı.

 Müəllim İnformasiya texnologiyasının inkişaf etdiyi XXI əsrdə tədrisin tələbə yönümlü olduğunu, tələbələrdə tənqidi düşüncənin, kreativliyə və ünsiyyət yaratma bacarığının inkişafını əks etdirdiyini göstərdi.

Dərslə bağlı maraqlı aktivitilər təşkil edilmişdiki bu da tələbələrin böyük marağına səbəb oldu. Dərsin sonunda tələbələrin nə öyrəndikləri suallar vasitəsilə yoxlanıldı.

         Tələbələrin təlim nəticələri qənaətbəxş idi.