26.11.2025-ci il tarixdə Xarici dillər fakültəsində Təcrübə və karyera söbəsi tərəfindən buraxılış qrup tələbələri ilə VIII semestrdə keçiriləcək Pedaqoji təcrübə ilə əlaqədar görüş keçirildi. Görüşdə Universitet Pedoqoj Təcrübə və Karyera söbəsinin müdiri dos.Cabbar Qarayev, fakültə dekanı dos. Əjdər Əsgərov, kafedra müdirləri və pedaqoji təcrübə rəhbərləri iştirak etdilər.
Dosent Cabbar Qarayev tələbələrə pedaqoji təcrübə zamanı qarşıda duran vəzifələr barədə danışdı. Tələbələrin suallarını cavablandırdı.
Fakültə dekanı dos. Əjdər Əsgərov pedaqoji təcrübə zamanı tələbələrə nizam intizamlı olmağı və sənədləşmə işi barədə məlumat verdi.
Sonda tələbələrə Pedaqoji təcrübə keçəcəkləri məktəblərin ünvanları bildirildi.




