27.11.2025-ci il tarixində, Fransız dili kafedrasının baş müəllimi Şahnaz Şamilovanın “Fransız dili müəllimliyi” ixtisasında, 1/1 kursda Xarici Dilin Kommunikativ Fontikası –(fransiz dili) fənnindən acıq dərsi olmuşdur. Dərsin mövzusu ” [u] və [y] səsləri ” idi. Tələbələr öncə bu səslərin əmələ gəlməsini, danışıq üzvlərinin vəziyyətini, səs və hərf münasibətini fransızca izah etdilər. Mövzuya aid şeir və mətnlər təqdim edildi. Tələffüz zamanı yol verilən fonetik səhvlər müəllim tərəfindən düzəldildi. Yeni dərsin mövzusu ” Qapalı [ ø] və açıq [oe] (ö) səsləri “adlanırdı. Power Point proqramı ilə yığılmış slayd dərs tələbələrə yeni materialın asan və tam mənimsənilməsini təmin etdi. Öncədən verilmiş sərbəst iş olan “Automne à Paris “ mahnısı üzərində tələbələr yeni səsləri fərqləndirməyi bacardılar. Açiq dərsdə dekanlığın nümayəndələri və kafedra üzvləri iştirak etdilər.



