24.11.2025-ci il tarixdə Xarici dillər fakültəsində Humanitar məsələlər üzrə dekan müavini Arzu Babayevanın və Tələbə Həmkarlar İttifaqı Komitəsinin Xarici dillər fakültə sədri Sevgi Məmmədovanın təşkilatşılığı ilə ixtisaslar arasında Konsititusiya və Suverenlik ilinə həsr olunmuş “I FL SMART CUP” adlı intellektual yarış keçirildi. Yarışın əsas məqsədi tələbələr arasında sağlam rəqabəti gücləndirmək, hüquqi maarifləndirməni artırmaq və gənclərin intellektual potensialını üzə çıxarmaq idi. Yarışda 7 komanda iştirak etdi. Komandalar müxtəlif mərhələlərdə biliklərini, diqqətini və çevikliyini nümayiş etdirdilər. Finalda “Dream” komandası I yerə, “Order of reason ” II yerə, “Marsel” və “Qaliblər” III yerə layiq görüldü.









