




İclasda kafedra müdiri, dos.E.Abdullayeva və 12 nəfər kafedra müəllimləri iştirak etdilər.
Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müəllimi Zümrüd Elyar qızı Rzayevanın kafedrada boş olan müəllim yerini tutmaq üçün ərizəsinin müzakirəsi aparıldı.
Sədr dos.E.Abdullayeva qeyd etdi ki, Zümrüd Elyar qızı Rzayeva kafedrada boş olan müəllim yerini tutmaq üçün ərizə ilə rektorluğa müraciət etmişdir. Zümrüd Rzayevanın 13 elmi əsəri beynəlxalq xülasələndirmə və indekslənmə bazalarına daxil olan jurnallarda dərc olunmuşdur.
Zümrüd Rzayeva kafedrada işlədiyi müddətdə özünü intizamlı, məsuliyyətli və səliqəli, işçi kimi təqdim etmişdir. Kafedra tərəfindən qəbul edilmiş davranış qaydalarına tabe olur. O, işə vicdanlı münasibət, təlim yönümlü inkişaf və analitik düşüncə kimi professional keyfiyyətlərə malikdir.
Müəllim həmkarları f.f.d.,b/m. S.Hacıyeva, b/m. G.Sadıqova, və b/m.M.Aslanova Zümrüd müəllimə haqda müsbət fikirlər söylədilər.
Rzayeva Zümrüd Elyar qızı kafedrada boş olan müəllim yerini tutmağa layiq bilindi.
Sənədləri Fakültə Elmi Şurasına təqdim edilməsi təsdiq edildi.