“Fakültətiv kurslar” mövzusunda açıq dərs

25.11.2025-ci il tarixdə Qrammatika və ingilis dilinin  tədrisi kafedrasının baş müəllimi Gülnaz Məmmədovanın  Xarici dilin metodikası-2 fənnindən İngilis dili III kurslarda “Fakültətiv kurslar” mövzusunda açıq dərsi oldu.

Gülnaz müəllimə qeyd etdi ki;

Fakültətiv kurslar şagirdlərə xüsusi fənlərdə dərin bilik verir.

Kursun məqsədi şagirdlərin fərdi maraqlarını inkişaf etdirməkdir. Təşkilat vahid tədris planına əsaslanaraq aparılır. Qrupların sayı ən azı 15 şagirddən ibarət olmalıdır. İmkan olduqda sinifləri kiçik qruplara ayırmaq mümkündür.

Fakültətiv kursa qoşulmaq  könüllüdür, lakin hazırlıqlı olmaq vacibdir. Fakültətiv kurs əsas dərslərdə yüksək nəticə göstərənlərə tövsiyə edilir. Sonra tələbələrə dərs haqqında suallar verdi. Dərsdə Xarici dillər fakültəsinin dekan müavini M. Aslanova,  kafedra müdiri dos.Abdullayeva Elnarə, Alman dili kafedrasının müdiri dos Elvin Atakişiyev və kafedranın bir qrup müəllimi iştirak etdilər.