Universitetimizin növbəti uğuru

   Xarici dillər fakültəsinin Qrammatika və ingilis dilinin tədrisi kafedrasının iki müəllimi Abdullayeva Elnarə Kamandar qızı və Qasımova Samirə Firuddin qızı Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı ilə təltif edilmişdilər.

  Bu nailiyyət həm universitetimizin elmi potensialının gücləndirilməsi, həm də akademik heyətin peşəkar inkişafının dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

   Müəllimlərimizi təbrik edir, gələcək elmi-pedoqoji fəaliyyətlərində uğurlar arzulayırıq.