“Heca” (syllable) mövzusunda açıq dərs

21.11.2025-ci il tarixdə Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi Cəlilova Türkan Müzadil qızının ingilis dili müəllimliyi ixtisasının 1ci kurs tələbələri ilə açıq dərsi təşkil olunmuşdur. Dərs xarici dilin kommunikativ fonetikası fənni, mövzu isə  Heca (syllable) idi. Müəllim əvvəlcə tələbələrə keçən mövzularala bağlı suallar verdi. Dərsin gedişatında müəllim həm cütlərlə iş, həm də qrup işi işlədərək tələbələrin mövzu ilə bağlı biliklərini yoxladı. Tələbələr dərsdə çox aktiv iştirak etdilər. Müəllim sonda slayd təqdimatında yeni mövzunu izah etdi. Dərsdə Xarici dillər fakültəsinin dekan müavini M. Aslanova, qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimləri G. Sadıqova və T. Ağayeva iştirak  etdilər. Dərs ümumilikdə yüksək qiymətləndirildi.