Xarici dillər fakültəsində Debat təlimi

20.11.2025- ci il tarixdə Xarici dillər fakültəsində debat mədəniyyətinin inkişafı məqsədilə məlumat xarakterli təlim keçirildi. İlkin mərhələdə debat anlayışını və debat bacarıqlarını artırmaq üçün Xarici dil müəllimliyi (ingilis dili) ixtisasının II kurs tələbəsi Dəmirova Leyla və Salahova Günay tərəfindən debatın təsnifi, xüsusiyyətləri, prinsipləri və strukturu haqqında məlumat verildi. Növbəti mərhələdə məşqlər və yekunda Debat Yarışı təşkil olunacaq.

Müxtəlif ixtasaslardan olan tələbələr xüsusi maraq göstərərək, yüksək əhval- ruhiyyə ilə bu təlimə qoşuldular.