Bu gün Xarici dillər fakültəsinin bir qrup müəllim və tələbə heyəti Şəhidlər Xiyabanında şəhid Yüksəl Əlizadənin qəbrini ziyarət etdilər. Yüksəl Əlizadə 9 noyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə yüksəlmişdir. 20 noyabr 2020-ci ildə torpağa tapşırılmışdır. Ruhun şad, məkanın cənnət olsun, zəfər ətirli qəhrəmanımız!




44 günlük savaşda qəhrəmancasına şəhid olmuş igid Yüksəl Əlizadənin əziz xatirəsinə….Ruhu şad olsun…
Vətənpərvər,cəsarətli bir oğlan,
Savaş üçün cəbhəyə oldu rəvan.
Xidmətinə başlamışdı bir əsgər,
Layiqincə qorunurdu kənd-şəhər.
Yüksəl idi qəhrəmanımın adı,
Ailənin bir sonbeşik övladı…
Azad edib torpağı qarış-qarış,
Döyüşlərdə düşməndə can qoymadı.
Fəxr edirdi,qürurluydu obası,
Lakin biraz nigarandı anası.
Qulaq səsdə,gözlər yolda qalmışdı,
Sanki nəsə ürəklərə dammışdı.
Yetişdi gün,başladı əməliyyat,
Qəhrəmanım götürdü silah-sursat.
Döyüşlərdə göstərirdi şücaət,
Öc almağın zamanıydı nəhayət.
Sipər edib Vətənə sinəsini,
Qazanmışdı şəhidlik zirvəsini.
Yayılmışdı hər yana acı xəbər,
Cənnətinə qovuşmuşdu bir əsgər.
Qoy başınız sağ olsun,əziz ana,
Övladınız yaxındı Yaradana.
Uca ruhun dolaşacaq Vətəni,
El oba da daim anacaq səni.
Yüksəl kimi comərd oğlu olanlar,
Gərək Sizə təzim etsin qalanlar.
Vətən adlı bu nazənin gözəli,
Xilas etdi qaliib gələn oğullar.
Şəhidlərdən bəhs elədi dastanlar,
El-obanı gəzdi yeni nağıllar…
44 günlük müharibə dayandı,
Al bayraqlar hər yanda dalğalandı.
Qəhrəmanlıq salnaməsi yazıldı,
Yağıların məzarları qazıldı.
Ana Vətən igidlərdən güc aldı.
Qəhrəmanlar döyüşlərdə öc aldı!
Əziz ana, qoy başımız sağ olsun,
Yüksəlimiz şəhadətə ucaldı.
Hekayəmi rəhmət ilə bitirdim,
Şəhidimə duaları yetirdim…
Fərid M.Bayramlı,11.11.25-ci il,Bakı