





5 noyabr 2025-ci il tarixində Xarici Dillər fakültəsinin Alman dili kafedrasinin 4 kurs tələbələrinə ,,Dil bacarıqları” fənnindən kafedranın baş müəllimi Vüsalə Kərimova tərəfindən ,,Sınaq imtahanı”(B1/2, 8,9,10 cu dərslərin) mövzusunda açıq dərs keçirilmişdir. Tələbələr bu dərslərin mövzularında təqdimat hazırlayib, lügətlə söz oyunları və test yoxlaması təşkil etmişlər. Blum taksanomiyasının təhlil və sintez səviyyəsində biliklərin sınaq imtahani da əldə olunan nəticələri analiz edilmiş və qiymətləndirmə aparılmışdır.
Dərsdə tədris işləri üzrə dekan müavini Məleykə Aslanova, Alman dili kafedrasının müdiri dos Atakişiyev Elvin və kafedranın müəllimləri iştirak etdilər.