“Rollarla oyun. Azərbaycan və xarici filmlərin müqayisəli şəkildə təqdimatı“ mövzusunda açıq dərs keçirildi

5 noyabr 2025-cü il tarixində Xaricidillər Fakültəsinin Leksika və Ölkəşünaslıq kafedrasının baş müəllimi Nəsibova Gülnarə Şaməddin qızının ingilis dili müəllimliyi ixtisasının 3 cü kursunda Dil bacarıqları fənnindən açıq praktik məşğələ dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Rollarla oyun. Azərbaycan və Xarici filmlərin müqayisəli şəkildə təqdimatı “olmuşdur.

Dərsin əsas məqsədi fənnin tədrisində tələbələrə düzgün danışıq vərdişlər aşılamaq , yeni sözləri izahlı şəkildə soruşmaq, cümlələr qurmaq daha sonra isə əldə etdikləri bilik və vərdişləri tətbiq etməyi öyrətməkdir.Dərsdə tələbələr qrup işləri təqdim etdilər.Qrup işləri Azərbaycan və Xarici filmlərlə bağlı idi. Azərbaycan filmlərinin tarixi,keçdiyi yol dərsdə ətraflı şəkildə təqdim olundu.Daha sonra cizgi filmləri haqqında dialoq rollarla göstərildi.Azərbaycan filmlərində olan sitatlar tələbələr tərəfindən tərcümə olunaraq slayd şəklində göstərildi.Müəllimə tələbələrlə danışıq məşqinə başladı,sonra ev tapşırığı yoxlanıldı.Yoxlama zamanı tələbələrin yol verdikləri səhvlər misallarla aydın izah olundu.
Bundan sonra müəlimə köhnə mövzu ilə yeni mözu arasında əlaqə yaratmağa xidmət edən tapşırıqları tələbələrlə birlikdə işlədi.Müəllim yeni mözunun izahını əvvəlcədən hazırladığı slaydın nümayişi vasitsiylə etdi.Yeni mövzunu möhkəmləndirmək məqsədi ilə tələbələr qruplara bölündü və qruplarla iş təşkil olundu.Yekun olaraq tələbələrə növbəti dərs üçün ev tapşırığı verildi və bilik-bacarıqları qiymətləndirildi.

Dərsdə fakültənin dekan müavini Məleykə Aslanova, Leksika və ölkəşünaslıq kafedrasının müdiri, dosent Sevda Kazımova, baş müəllim İsayeva Kəmalə, baş müəllim Rzayeva Mədinə və kafedranın digər müəllim və laborant heyəti iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.