“İngilis dilində aksentlər” mövzusunda metodiki seminar

Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsində, Leksika və Ölkəşünaslıq kafedrasında Hüseynova Nəzrin Elsevər qızı tərəfindən metodik seminar keçirilmişdir. Seminarın gedişində Kazımova Sevda Aqil qızı, Əlizadə Səadət Mayis qızı, Əliyeva Günel Mübariz qızı, Məmmədova Aytən Arif qızı, Hüseynova Ayşən Mahir qızı, Rzayeva Mədinə Əliağa qızı, Adilova Sevinc Rasim qızı, Məmmədova Asimə Hüseyn qızı, Qədirova Pərvanə Məcid qızı, Aslanova Nigar Fəxrəddin qızı və Bəhramlı Türkan Nürəddin qızı, eləcə də kafedranın digər əməkdaşları iştirak etmişlər.
Seminarın mövzusu “İngilis dilində aksentlər: Britaniya, Amerika, Avstraliya, Hindistan və Afrika” olmuşdur.
Nəzrin müəllimə qeyd etmişdir ki, ingilis dili bu gün dünyada 1,3 milyarddan çox insan tərəfindən danışılır və bu, aksentlərin zəngin müxtəlifliyinə səbəb olur. O vurğulamışdır ki, aksentlər insanların mənsub olduqları bölgəni, tarixini və mədəni xüsusiyyətlərini əks etdirir.

Məruzə zamanı Britaniya aksentləri – Received Pronunciation (The King’s English), Cockney, Brummie, Geordie və Yorkshire aksentlərinin əsas cəhətləri haqqında ətraflı məlumat verilmişdir. Həmçinin Uels və Şotlandiya aksentlərinin özünəməxsus fonetik xüsusiyyətləri də izah olunmuşdur.

Nəzrin müəllimə həmçinin Amerika, Avstraliya, Hindistan və Afrika aksentlərinin əsas xüsusiyyətlərini müqayisəli şəkildə təqdim etmişdir. O qeyd etmişdir ki, bu aksentlərin formalaşmasında yerli dillərin, tarix və mədəniyyətin böyük rolu olmuşdur.

Sonda Nəzrin müəllimə vurğulamışdır ki, aksentlərin öyrənilməsi müəllimlərin dil və fonetika üzrə tədris fəaliyyətinə yeni yanaşma qazandırır, həmçinin mədəni anlayışın və dinləmə bacarığının inkişafına şərait yaradır.