“Transkripsiya onun növləri”,”Mənim dostlarım” mövzuzunda açıq dərs

4 noyabr 2025-cü il tarixində Xaricidillər Fakültəsinin Alman dilinin tədrisi kafedrasının baş müəllimi Gözəl Qasımovanın Alman dili müəllimliyi ixtisasının I kursunda Xarici dilin fonetikası fənnindən açıq praktik məşğələ dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Transkripsiya onun növləri”,”Mənim dostlarım” olmuşdur.

Dərsin əsas məqsədi fənnin tədrisində tələbələrə düzgün fonetik vərdişlər aşılamaq və alman dilinin fonetikası haqqında baza bilikləri formalaşdırmaq, daha sonra isə əldə etdikləri bilik və vərdişləri tətbiq etməyi öyrətməkdir.Müəllimə dərsə beş dəqqiqə danışıq məşqi ilə başladı,sonra ev tapşırığı yoxlanıldı.Yoxlama zamanı tələbələrin yol verdikləri səhvlər misallarla aydın izah olundu.Sonrakı mərhələdə tələbər köhnə mövzu olan”Mənim sevimli ev heyvanım”haqqında hazırladıları təqdimatları və dialoqları nümayiş etdirdilər.
Bundan sonra müəlimə köhnə mövzu ilə yeni mözu arasında əlaqə yaratmağa xidmət edən tapşırıqları tələbələrlə birlikdə işlədi. Müəllim yeni mözunun izahını əvvəlcədən hazırladığı slaydın nümayişi vasitsiylə etdi.Yeni mövzunu möhkəmləndirmək məqsədi ilə tələbələr qruplara bölündü və qruplarla iş təşkil olundu.Yekun olaraq tələbələrə növbəti dərs üçün ev tapşırığı verildi və bilik-bacarıqları qiymətləndirildi.

Dərsdə tədris işləri üzrə dekan müavini Məleykə Aslanova, Alman dili kafedrasının müdiri dos Atakişiyev Elvin və kafedranın müəllimləri iştirak etdilər.