













Xarici dil müəllimliyi (Rus IV) kurs tələbəsi Məlahət Qurbanovanın 4 saylı tam orta məktədə V sinifdə “Təbiəti qoruyun” mövzusunda açıq sınaq dərsi keçirildi. Dərs zamanı şagirdlərə rus dilində ilin fəsilləri, təbiət hadisələri haqqında söz öyrətmək, anlama; rus dilində təbiət haqqında danışmağı öyrətmək. Dərsdə rəngarəng əyani vəsaitlərdən istifadə edərək, qruplarla yarış keçirildi.
Şagirdlər dərsdə cox fəal idilər. Qaliblərə xüsusi hədiyyələr verilərək rus dilini ötrənməyə həvəs yaradıldı.
Sınaq dərsində Təcrübə və Karyera şöbəsinin müdiri dos. Cabbar Qarayev kafedra müdiri. dos. Əhmədova Kəmalə, dosent Sevda Əliyeva və qrup tələbələri iştirak etdilər.