Gəncə Dövlət Universitetində Akademik İngilis Dili Təlimləri Davam Edir

Gəncə Dövlət Universitetində akademik heyət üçün keçirilən “Akademik və Peşəkar İngilis Dili Bacarıqlarının İnkişafı” adlı təlim proqramının dördűncű modulu 22 may 2025-ci il tarixində uğurla baş tutdu. Bu dəfəki modulun mövzusu “Akademik Müzakirə və Debat Bacarıqları” oldu. Təlim Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi Sadıqova Gülər Fizuli qızı tərəfindən keçirildi.
Təlimin əsas məqsədləri ingilis dilində fikirləri əsaslandırmaq və arqument qurmaq, akademik müzakirələr üçün rəsmi ifadələri öyrənmək və aydın arqumentlərlə qurulmuş debatlarda iştirak etmək bacarıqları aşılamaq idi. Təlim zamanı iştirakçılara müzakirə və debat arasındakı fərqlər və debat və müzakirələrdə istifadə olunan lazımi ifadələr təqdim olundu. Təlimçi bir debat nümunəsi təqdim etdikdən sonra iştirakçılar onlara verilən mövzu üzərində əsaslandırılmış arqumentlər hazırladılar və mini debat təşkil etdilər . Təlim iştirakçıların kahoot quiz işləməsi və qısa əks əlaqə ilə bitdi.
Təlim akademik heyətin debat və müzakirə sahəsindəki bacarıqların inkişaf etdirilməsini nəzərdə tuturdu.