18 və 25 aprel 2025-ci il tarixlərində Keyfiyyət təminatı və qiymətləndirmə komissiyasının nəzdində yaradılmış Beynəlmiləlləşmə fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi üzrə işçi qrupun iclasları keçirilmişdir.
Gündəlikdə iki məsələ nəzərdə tutulmuşdur: Mövcud vəziyyətin təhlili və proseslə bağlı maraqlı tərəflərin rəy və təkliflərinin toplanması
Gəncə Dövlət Universiteti Publik Hüquqi Şəxsin 21.04.2025-ci il tarixli, 5/213 saylı əmrinə əsasən, əmək bazarının nümayəndələri maraqlı tərəf kimi prosesə cəlb olunaraq iclasa dəvət edilmişdir.
İclas zamanı əmək bazarı nümayəndələrinin beynəlmiləlləşmə prosesinə dair təkliflərinin toplanması məqsədilə müzakirələr aparılmışdır. Təkliflərə münasibət bildirən işçi qrupunun üzvləri – M.H. Bağırova, S.Q. Əliyeva və P.V. Nəbiyeva – çıxış edərək fikirlərini bölüşmüşlər.
Sonda iclasın sədri E.K. Abdullayeva və işçi qrupunun üzvləri maraqlı tərəflərin rəy və tövsiyələrinin toplanmasına dair qərar qəbul etmişlər.

