Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin 8a sinfində açıq dərs

18.04.2025-ci il tarixdə ingilis dili müəllimliyi IV kurs tələbəsi İsmayılova Leyla Ələsgər qızının M.C. Paşayev adına 39 saylı tam orta məktəbin 8a sinfində açıq dərsi olub. Dərsin mövzusu unusual houses [ qeyri-adi evlər] idi. Şagirdlər ölkəmizdə və dünyada olan qeyri-adi evlərlə bağlı maraqlı məlumatlar təqdim etdilər. Dərsdə iştirak edən fənn müəllimi Qarayeva Leyla, rəhbər müəllim qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi Cəlilova Türkan, təcrübə və karyera şöbəsinin əməkdaşı Qarayeva Tünzalə öz çıxışlarında dərsin çox maraqlı və müasir tələblərə uyğun olduğunu söylədilər.