




17 aprel 2025-ci il tarixində Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzinin təşkilatçılığı, Təhsilin İnkişafı Fondunun və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilən “GreenTech II” Startap və Yaşıl Texnologiyalar müsabiqəsinin final mərhələsi baş tutub.
Yarışmada Gəncə Dövlət Universiteti üç komanda ilə təmsil olunub. Sevindirici haldır ki, universitetimizi təmsil edən komandalar arasında yalnız “Liquid Tree (Liquid3)” komandası həvəsləndirici yerə layiq görülüb. Komanda üzvləri:
• Məmmədova Sevgi – Xarici Dillər fakültəsinin İngilis dili müəllimliyi ixtisası üzrə I kurs tələbəsi (komanda kapitanı),
• Bəxtiyarlı Aytac – Filologiya fakültəsinin Dil və ədəbiyyat müəllimliyi ixtisası üzrə I kurs tələbəsi,
• Nağıyeva Zeynəb – Kimya-Biologiya fakültəsinin Biologiya ixtisası üzrə I kurs tələbəsi.
Komandamız universitetə döndükdən sonra Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, professor Gülsüm Fətəliyeva tələbələri sevinclə qarşılamış, onların uğurunu yüksək qiymətləndirərək sevincinə şərik olmuşdur. Komandamıza göstərdikləri təşəbbüs və uğurlu çıxış üçün təşəkkür edir, gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər arzulayırıq!