Leksika və ölkəşünaslıq kafedrasının baş müəllimi Mədinə Rzayevanın Kütləvi informasiya vasitələri və onun müxtəlif növləri adlı elmi semınarı keçirildi.
Mədinə Rzayeva Kütləvi informasiya vasitələri və onun müxtəlif növləri mövzusunda çıxış etdi:- Yayım mediası informasiyanı filmlər, radio, yazılmış musiqi və ya televiziya kimi media vasitələri ilə elektron şəkildə ötürür. Kütləvi informasiya vasitələri – müasir sivilizasiyanın ən xarakterik cəhətlərindən biridir. Kütləvi informasiya vasitələrinin köməyilə insanlar qlobal bir toplumda birləşmişlər. Kütləvi informasiya vasitələrinin köməyilə insanlar qısa bir zamanda dünyada baş verənlər haqda məlumat ala bilirlər. Kütləvi informasiya vasitələri özündə əsasən qəzetləri, jurnalları, radio və televiziyanı cəmləşdirir.
Qəzetlər, radio və televiziyada gedən xəbərlər xülasəsindən fərqli olaraq, baş vermiş hadisələr haqqında daha ətraflı və dolğun informasiya təqdim etmək imkanına malikdir. Qəzetlər daha çox hadisə və xəbərləri əhatə etmək iqtidarındadır.
Jurnallar, əsasən, gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işıqlandırılması ilə məşğul olmurlar. Onlar keçən həftə ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən onlar qalın cildə malikdir və ən keyfiyyətli kağızda dərc edilir.
Elmi seminarda kafedra müdiri dosent Sevda Kazımova, kafedranın digər müəllim və əməkdaşları iştirak etdilər.



