Leksika və ölkəşünaslıq kafedrasının müəllimi dosent Ülviyyə Bayramovanın Ölkəşünaslıq fənnindən “Din” mövzusunda Xarici dil müəllimliyi (İngilis II) ixtisasında açıq dərsi keçirildi.
Açıq dərsin məqsədi tələbələrlə bütün dinlər haqqında xüsusilə Böyük Britaniyanin rəsmi dini olan xristian dinini təhlil etmək idi.
Müəllim:- Dünyada bir çox dinlər var. Ən geniş yayılmış olan dinlərdən İslam, xristian, buddizm və s. Böyük Britaniyanin rəsmi dini xristianlıqdır. Məktəblər və universitetlər ibadət etmək üçün xüsusi otaqlarla təmin olunmuşdur. Böyük Britaniyanin təhsil sistemində minlərlə tələbə, müxtəlif dinə məxsus olan şagirdlər də olduğunu qeyd etdi.
Açıq dərsdə fakültə dekanı dosent Əjdər Əsgərov, kafedra müdiri dosent Sevda Kazımova, və kafedranın digər əməkdaşları iştirak etdilər. Sonda açıq dərs müzakirə olundu.



