Fakültəmizdə yenidən danışıq klubları fəaliyyətə başlayır

Hər il olduğu kimi bu il də fakultəmizdə danışıq klubları fəaliyyətə başlayır. Bu haqda humanitar məsələlər üzrə dekan müavini Arzu Babayeva tələbələri məlumatlandırdı. Klub sədrləri fakultənin tələbələri arasından təyin olundu. Alman dili danışıq klubunun sədri Əsədova Təhminə, rus dili danışıq klubunun sədrləri isə Axundov İlqar və Məmmədova Flora seçildi. Hər həftənin 6-cı günü saat 11-də Alman dili danışıq klubu, həftənin 1-ci günü saat 12də isə Rus dili danışıq kulubu fəaliyyət göstərəcək.