Tələbəmizin uğuru

Xarici dillər fakültəsinin Fransız dili müəllimliyi ixtisasının IVkurs tələbəsi Xəlilova Arzu praktik təcrübə üçün Fransanın Bezanson şəhərindəki Franche-Comte universitetində bir semestr praktik təcrübə keçib. Tələbəmiz təcrübə proqramı zamanı 6-11 yaş arası uşaqlarla işləməklə yanaşı, eyni zamanda Fransa təhsil sisteminin əsaslarını öyrənib.
Arzu öz təssüratlarını bizimlə bölüşərkən Gəncə Dövlət Universitetinin rəhbərliyinə, cənab rektor Yusif Yusibova, Xarici dillər fakültəsinin müəllim kollektivinə təşəkürünü bildirib.