Açıq dərs

11.05.2016-cı il tarixində  kafedranın baş müəllimi Qasımova Gözəl Telman qızının I kurs alman dili müəllimliyi qrupunda  Xarici dildə oxu və nitq  fənnindən “Asudə vaxt. Qrammatika. Zaman bildirən sözönləri” mövzusunda açıq dərsi keçirildi. Müəllimə zaman bildirən sözönləri haqqında  geniş və ətraflı məlumat verdi. Sözönlərinin alman dilinin qrammatikasında  geniş əhatə dairəsinə malik olduğunu misallar üzərində ətraflı izah etdi.

Açıq dərsdə: – Tədris işləri üzrə dekan müavini M.Aslanova , kafedra müdiri,  V.Kərimova, k/m.M Orucov, müəl. S.Səmədova  iştirak etdilər.