Gəncə Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi münasibəti ilə elmi-praktiki konfrans keçirilmişdir.

  Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş etdirildikdən sonra tədbiri giriş sözü ilə Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov açaraq Yeni Azərbaycan Partiyasının yaranma tarixindən danışmış və qeyd etmişdir ki, Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixin başlanğıc nöqtəsi oldu. Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Azərbaycanın gələcək taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə dünya şöhrətli siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə Yeni Azərbaycan Partiyası yarandı. 

Rektor Yusif Yusibov  qeyd etmişdir ki, bu gün Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə partiya  yeni-yeni nailiyyətlərə imza atmışdır ki, bu uğurların zirvəsində də tarixi Zəfərimiz dayanır.

 Sonda Gəncə Dövlət Universitetinin bir qrup əməkdaşı Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibəti ilə Fəxri Fərmanla təltif edilmişdir.

Xarici dillər fakültəsinin tədris işləri üzrə dekan müavini Aslanova Məleykə İsfəndiyar qızına “Fəxri Fərman” verilmişdir.