09.06.2022-ci il tarixdə Belçika Krallığının səfiri Mişel Pitermansın Gəncə şəhərinə rəsmi və işgüzar səfəri təşkil olunub. Cənab səfir həmçinin GDU-nun Xarici dillər fakültəsinin Fransız dili kafedrasında olmuş, müəllim və tələbə kollektivi ilə görüşmüşdür. Görüşdə hər iki ölkənin universitetləri arasında əlaqələrin qurulması üçün gələcəkdə mübadilə proqramlarının və kontraktların həyata keçiriləcəyi müzakirə olunmuşdur.