Gəncə Dövlət Universiteti Avropa Komissiyasının “Erasmus+” proqramının KA-1 Beynəlxalq Kredit Mobilliyi layihəsi vasitəsilə Rumıniya Respublikasının Dunarea de Jos Galati Universitetində 2022-2023-cü tədris ilinin ilk semestri üzrə təhsil almaq üçün mübadiləyə müraciət edən tələbələrin seçim mərhələsi yekunlaşdı. “Erasmus +” layihəsinin seçim meyarlarına uyğun olaraq tələbələrin akademik göstəriciləri, dil kompetensiyaları və dünya görüşləri GDU-da yaradılmış Komissiya tərəfindən qiymətləndirildi. Yekunda 5 tələbənin müraciətləri əsasında Xarici dillər fakültəsinin tərcümə ixtisasının III kurs tələbələri Cavid Tanrıverdiyev və İsmayıl Vəlizadə cari ilin sentyabr ayından 2023-cü ilin yanvar ayına qədər 1 semestr müddətində adıgedən universitetdə təhsillərini davam etdirəcəklər.
Universitetin tədris məsələləri üzrə prorektoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Xurşudov Şahin Nadir oğlu 16 may 2022-ci il tarixdə seçilmiş tələbələrlə görüş keçirdi və onları təbrik edərək gələcək təhsillərində uğurlar arzuladı.