Yusif Yusibov bildirib ki, universitet üzrə hər tədris ilinin yay semestrlərinin imtahan sessiyası tədris planlarında nəzərdə tutulan müddətdə keçirilir. Belə ki, fakültələr tərəfindən imtahan keçiriləcək fənlər üzrə məsləhət saatlarının qrafiki qabaqcadan tərtib olunaraq tələbələrin müəllimlərdən imtahanqabağı məsləhət almalarına şərait yaradılır.
Sonra universitetin tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov çıxış edərək imtahanlarla bağlı bəzi məsələlərə aydınlıq gətirmişdir. Qeyd etmişdir ki, tələbələrin imtahanlara hazırlaşa bilməsi üçün imtahan qəbul ediləcək bütün fənlərin mühazirə mətnləri, eyni zamanda test, şifahi, yazılı və qabiliyyət imtahanlarının sualları imtahan sessiyasından əvvəl tələbələrə paylanılacaqdır.
Görüşdə qeyd edilmişdir ki, imtahanların gedişi zamanı yarana biləcək münaqişəli halların aradan qaldırılması və lazımi tədbirlərin görülməsi məqsədilə universitet üzrə yardılmış “Apelyasiya komissiyası” ilə əlaqə yaratmaq və sessiyanın gedişi zamanı baş vermiş neqativ hallar barədə operativ məlumat verilməsi məqsədilə “İmtahan qərargahı”, imtahanlara nəzarət etmək məqsədilə nəzarət qrupu, sualların qabaqcadan seçilməsi və sualların məxfi saxlanılması məqsədilə bunker və bunkerin işçi qrupu yaradılacaqdır.