“Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda Beynəlxalq elmi konfransda “NİZAMİ GƏNCƏVİ VƏ HEYDƏR ƏLİYEV ŞƏXSİYYƏTLƏRİ” mövzusunda məruzə ilə çıxış etdiyinə görə GDU-nun Praktik xarici dillər kafedrasının baş müəllimi Cahan Ağamirova “TƏŞƏKKÜRNAMƏ” təqdim olunub.
Gəncə Dövlət Universitetinin baş müəllimi Ağamirov Cahan Mirbaba oğlu 1945-ci ildə Təbriz şəhərində anadan olmuşdur. 1954-cü ildə Gəncə şəhəri M.Ə.Sabir adına 5 saylı orta məktəbin 1-ci sinfinə daxil olub, 1965-ci ildə tam orta təhsil almışdır.
1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərq-şünaslıq fakültəsinə daxil olmuş, 1971-ci ildə oranı bitirmişdir. Həmin ildən müəllimlik etməyə başlamışdır. 1971-1972-ci illərdə ordu sıralarında xidmət etmişdir.
Ordudan sonra yenə müəllimlik fəaliyyətinə başlamışdır. 1979-1989-cu illərdə Leninqrad şəhərində tərcüməçi işləmişdir. 1989-cu ildən orta məktəb, kollec, institut və universitetlərdə müəllimlik kimi fəaliyyət göstərmişdir.
2002-ci ildən Gəncə Dövlət Universitetində fars dilini tədris edir. Bu müddət ərzində baş müəllim vəzifəsinə yüksəlmişdir.
Cahan müəllim 20 elmi məqalə, 2 monoqrafiya, 4 kitab, fars dili dərslik kitabının müəllifi, eski əlifba və türk dilində həm sifət, həm də zərf düzəldən şəkilçilər dərs vəsaitlərini yazmışdır.
O, Gəncə şəhərinin tərcümə işlərində fəal iştirak edir.
Nizami Gəncəvinin 880 illiyi münasibətilə AMEA İ.Nəsimi adına Dilçilik İnstitunda və AMEA şərq-şünaslıq İnstitunda keçirilən konfranslara məqalə yazmış və “Təşəkkürnamə” ilə təltif edilmişdir.
Təcrübəli və savadlı müəllim kimi tələbə kollektivinin sevimlisi olmuşdur. Bu sahədə biz də Cahan müəllimə uğurlar arzulayırıq!