UNİVERSİTETDƏ BENEDİKT FURYE TƏRƏFİNDƏN FRANSIZ DİLİ TƏDRİS EDİLƏCƏK

Fransa-Azərbaycan Universitetlərarası əməkdaşlıq çərçivəsində xarici dil kimi fransız dili ixtisasını tədris edəcək olan stajçı Benedikt Furye Gəncə Dövlət Universitetinə dəvət edilmişdir.Qonağı Universitetin rektoru professor Yusif Yusibov qəbul etmişdir. Benedikt Furye ilə keçən səmimi görüşdə rektor Yusif Yusibovun imzaladığı Universitetlərarası əməkdaşlıq müqaviləsinə əsasən stajçı tələbələrə həftədə 10 saat fransız dilini tədris edəcəkdir. Ona eyni zamanda İFA tərəfindən digər tədris, fransız dili istiqamətində əməkdaşlıq missiyaları həvalə olunmuşdur.Gəncə Dövlət Universitetinə Xarici dillər fakültəsinin Fransız dili ixtisasına indiyədək Universitetlərarası əməkdaşlıq çərçivəsində 8 stajçı gəlmiş və tələbələrin praktik dilə yiyələnmələrinə yaxından köməklik göstərmişdilər.