Orta məktəbdə açıq dərs

Gəncə Dövlət Universitetinin

“Qrammatika və ingilis dilinin tədrisi”

kafedrasının müəllimi Rzayeva Zümrüd Elyar

 qızının  Mir Cəlal Paşayev

 adına 39 №-li orta məktəbdə verdiyi

açıq dərs

 39 №-li orta məktəbdə rus bölməsi üzrə 77 sinfində “Talent Contest” (“İstedad müsabiqəsi”) adlı mövzuda açıq. Dərs kurikulum üsulu ilə aparılmışdır. Dərsdə  1.1.1./2.1.1/2.1.2./3.1.4./4.1.1./4.1.4. standartlardan istifadə edilmişdir. Məqsəd şagirdlərə yeni sözlərin düzgün tələffüz edilməsini və mənalarını öyrətmək, onların müzakirələrdə fəal iştirak etməsini öz fikirlərini irəli sürməsini təmin etmək, istedad və bacarığın fərqini ayırd etmə bacarığını təkmilləşdirmək, ilk istedad müsabiqəsi haqda yeni məlumatı şagirdlərə çatdırmaqdır.

Dərsin növü:  İnduktiv

İş üsulu: Təsvir, Müzakirə, Rol oynamaq, Tapşırıqlar yerinə yetirmək, Yekunlaşma

İş forması: Kollektiv iş

İnteqrasiya:  L. – 1.2.4. Art.– 1.1.1. S – 3.1.1.

Resurs: Dərslik, fləşkard, slayd, şəkillər, kartlar, dinləmə.

İştirak etdilər:

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, texniki elmlər üzrə fəlsəfə doktoru, dosent Məmmədov Fəxrəddin Həsən oğlu,

 Xarici dillər fakültəsinin dekanı dos. Ə.Əsgərov,

Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri dos.M.Rəhimov,

Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müəlliməsi T.Cəlilova,

Mir Cəlal Paşayev adına 39 №-li orta məktəbin İngilis dili fənni müəlliməsi

 T.Cəlilova.