fakültəmizdə şifahi imtahanların birinci günü

07.06.2018-ci il tarixdə Xarici dillər fakültəsində Xarici dil müəllimliyi (ingilis, fransız, alman, rus) ixtisasının I kurs tələbələri “Xarici dilin fonetikası” fənnindən və Tərcümə (ingilis) ixtisasının I kurs tələbələri “Nitq” fənnindən şifahi imtahanlar verdilər. Şifahi imtahanların gedişinə tədris işləri üzrə prorektor, dosent Məmmədov Fəxrəddin Həsən oğlu və  elm və texnika üzrə prorektor tarix elmləri namizədi, dosent Kərimzadə Pərvin Orxan qızı nəzarət etmişdir.