Gəncə Dövlət Universiteti Fransanın Azərbaycandakı səfirliyinin Elmi-təhsil söbəsi ilə sıx əməkdaşlıq edir. Səfirliyin nəzdində fəaliyyət göstərən Fransız İnstitunun Bakıdakı mədəniyyət mərkəzi Gəncə Dövlət Universitetində Aleksandr Duma adına mədəniyyət mərkəzinin açılmasına dəstək verir.
Bu gün GDU-da əməkdaşlıq müqaviləsini Universitetin rektoru professor Y.Yusibov və Fransa tərəfindən Fransız İnstitunun direktoru cənab Moris Rufin imzalamışlar.