Ulu Öndərin Anadan olmasının 95-ci il dönümunə həsr olunmuş konfransda tələbələrimizin uğuru

FAKÜLTƏMİZİN TƏLƏBƏLƏRİ ELMİ-NƏZƏRİ KONFRANSDA

20 aprel 2018-ci il tarixində ADAU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda  bakalavriat və magistrantların xarici dillərdə (ingilis, alman, fransız, rus) ümumşəhər elmi-nəzəri konfransı keçirilib. Xarici Dillər fakültəsinin bir qrup tələbələsi  Leksika və Ölkəşünaslıq kafedrasının baş müəllimi Şəbnəm Məmmədova və müəllim Gülnarə Nəsibovanın rəhbərliyi altında  konfransda fəal iştirak etmişlər.  Belə ki,  Tərcümə (İngilis dili) ixtisasının I kurs tələbələrindən Məmmədov Şahmar Əjdər oğlu konfransın plenar iclasında çıxış edərək mükafata layiq görülmüşdür, digər tələbələr Hüseynəliyev Kamran Nizami oğlu, Əliyeva Dilbər Eldar qızı, Nəzərova Təranə Niyazi qızı, Məmmədova Saidə Rasim qızı, Nəsibli Xavər Şahmar qızı, Məmmədova Əqilə Məzahir qızı, Həsənova Gülxanım Tələt qızı və Məhərrəmova Jalə İxtiyar qızı isə bölmə iclaslarında uğurla iştirak etmişlər. İştirakçılar ADAU-nun rektoru prof. İbrahim Cəfərov tərəfindən sertifikat və hədiyyələrlə mükafatlandırılmışlar.