20 aprel tarixində ADAU-da Heydər Əliyevin 95-ci il dönümünə həsr olunmuş konfrans keçirilmişdir. Xarici Dillər fakültəsinin bir qrup tələbələsi Qrammatika və ingilis dilin tədris kafedranın müdiri dos.M.Rəhimovun və həmin kafedranın baş müəllimi E.Abdullayevanın rəhbərliyi altında konfransda fəal iştirak etmişdilər. Belə ki, iki nəfər tələbə Ələsgərova Aidə Faiq qızı, Orucova Dərya Sultan qızı konfransın plenar iclasında, digər tələbələr Muxtarova Zərnigar Arif qızı, Valiyeva Türkən Qabil qızı, Məmmədova Gülşən İltifaq qızı, Şəmsiyeva Solmaz Elşən qızı, Musayeva Sevda Rüfət qızı, Məmmədzadə Rəna Niyaz qızı və b. isə bölmə iclaslarında iştirak etmişdilər. İştirakçılar ADAU-nun rektoru prof.İ.Cəfərov tərəfindən sertifikat və hədiyyələrlə mükafatlandırılmışlar.