universitetimizin xarici əlaqələri genişlənir

Gəncə Dövlət Universitetində “ ERASMUS+KA1” layihəsi cərçivəsində ödənişsiz italyan dili kursu fəaliyyətə başlamışdır. Avropa Komissiyasının maliyə vəsaiti hesabına həyata keçirilən layıhə 01-16 fevralın arası fəaliyyət göstərəcək.

Layihənin əsas məqsədi GDU-nin Xarici dillər Fakültəsinin 15-20 nəfər müəllim və doktorantı üçün İtalyan dili kursu təşkil etməkdir. Təlimlər Ka Foskari Venesiya  Universitetinin linqivistika və mədəniyyətlərarası münasibətlər kafedrasının müdiri, professor Qraziano Serragiotto və italyan dili üzrə mütəxəssis, professor Cüzeppe Mauqeri tərəfindən aparılır.

İki həftəlik intensiv kursdan sonra keçiriləcək imtahanda uğur qazanan əməkdaşlar Ka Foskari Venesiya Universitetində yenidən bir və ya iki həftəlik kurslarda iştirak edə biləcəklər.

Fakültədə görüş əsasən proqramların, silabusların, rəsmi sənədləşmə və ədəbiyyata baxılması və öz tövsiyələrinin verilməsindən ibarətdir.

 

 

Erasmus+ KA1 layihəsi çərçivəsində Xarici dillər fakültəsinin aşağıda adları qeyd olunan müəllimləri “İtalyan dili” kursunda iştirak edirlər.

 

 

  1. Aygün Talıbova
  2. Şəbnəm Məmmədova
  3. Vüsalə İsğəndərova
  4. Elnarə Abdullayeva
  5. Günel Hüseynova
  6. Şahnaz Şamilova
  7. Aygün Əliyeva
  8. Günel Əliyeva
  9. Türkan Hüseynova
  10. Mehdi Rəhimov
  11. Səbinə Cəfərova
  12. Samirə Qasımova
  13. Məleykə Aslanova
  14. Sevda Əliyeva
  15. Türkan Cəlilova
  16. Gülər Sadıqova
  17. Sevinc Bağırova