xarici dillər fakültəsi Alman dili kafedrasının DAAD-i ilə onlayn maarifləndirici treninqi

14 noyabr 2017-ci il tarixdə Universitetin III korpusunda Alman dili kafedrası və DAAD-ın təşkilatçılığı ilə  onlayn maarifləndirici treninq keçirildi. Treninqdə Alman dili kafedrasının professor- müəllim heyəti və Alman dili, ingilis dili müəllimliyi və Tərcumə ixtisasınin eləcədə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri iştirak edirdilər.

Treninq zamanı Bakı ofisi ilə onlayn körpü yaradıldı və tələbələrlə Almaniyada təhsil, təqaüd qazanma imkanları, qəbul ilə bağlı sənədləşmə haqqında məlumatlar verildi. Tələbələr deyilən məsələlərlə bağlı suallar verdilər və onların sualları yerində cavablandırıldı. Bu treninq tələbələrin maarifləndirilməsində mühüm təəssurat yaratdı və uğurla yekunlaşdı.

  • ?