9 noyabr Bayraq Günü

Xarici dillər fakültəsində ” Bayraq” günü münasibətilə I kurs ixtisaslar arasında bilik yarışı keçirilmişdir. Yarışda İngilis dili ixtisası qalib olmuşdur.

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.

Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır.

“Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır.  Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır”.

İlham Əliyev

Bəli, inanırıq ki, hər addımda siyasi iradə nümayiş etdirən, ümumxalq məhəbbəti qazanmış möhtərəm Prezidentimiz, ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında üçrəngli müqəddəs və möhtəşəm Dövlət Bayrağımız yaxın gələcəkdə Xankəndinin mərkəzi meydanında əzəmətlə dalğalanacaqdır. Dövlət başçımızın milli maraqlara əsaslanmaqla həyata keçirdiyi uğurlu diplomatiya və hərbi quruculuq siyasəti isə bu ülvi arzunun, prinsipial məqsədin gerçəkləşəcəyinə birmənalı əminlik yaradır.

Azərbaycan Bayrağı hər bir vətəndaşın fəxri, iftixarı və qürur mənbəyidir.

Yaşasın Milli Bayrağımız!