Fakültəmizin növbəti uğuru

14 aprel 2017-ci il tarixində Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş ” Multikultralizm Azərbaycan xalqının həyat tərzidir” mövzusunda  bakalavriat və magistrantların xarici dillərdə ümumşəhər elmi- nəzəri konfrası keçirilmişdir. Konfransda Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin Xarici Dillər Fakültəsinin tələbələri ingilis, rus, alman, fransız dillərində çıxış etdilər. Universitetin II kurs magistrı Əlizadə Tamella  Yusif qızı konfransın plenar iclasinda çıxış etmiş və sertifikatla təltif olunmuşdur.