Gəncə Dövlət Universiteti, Fransız dili kafedrasının 4 cü kurs tələbələri (baş müəllimlər Roma Allahverdiyeva və Ruqiyyə Orucovanın rəhbərliyi ilə) Gəncə şəhər, Mehdi Mehdizadə adına 4 saylı orta məktəbdə pedaqoji təcrübəkeçirlər.Tələbələrin dərsə hazırlığı, dərslərdə iştirakı yuksək səviyyədə aparılır.
Fransız dilinin təbliğatını və tədrisinin səmərəliliyini daha da artırmaq ücün kafedranın müəllimi Şamilova Şahnaz Vaqif qızı 13.03.2017 ci il tarixdə həmin məktəbdə5e sinifində nümunəvi dərs nümayiş etdimək üçün “ Bizim şəkilli lüğətimiz mövzusunda ” açıq dərs təşkil etdi. Dərsdə fənn müəllimləri Təcrübə Karyera şöbəsinin əməkdaşları dos. M. Məmmədov, və M. Fərhadov, Fransız dili kafedrasının müdiri baş müəllim M. Orucov və kafedranın müəllimləri f.f.d Aygün Əliyeva, baş müəllim Ruqiyyə Orucova, müəllim Günel Hüseynova iştirak etdilər.
4 nömrəli məktəbdə fransız dili ən yeni dərsliklər və metodlarla tədris olunur. Kafedraının müəllimi Şahnaz Şamilova dərsdə müasir texniki vasitələrdən istifadə edərəkmaraqlı motivasiya qurdu.Kommunikativ metodun əsasını təşkil edən dialoqları şagirdlər aktiv şəkildə nəql etdilər.Şagirdlərin ev tapşırığı şifahi həm də yazılı şəkildə yoxlanıldı.Müəllimə dərsdə yeni dərsin izahını özundə əks etdirən üç video material təqdim etdi.Bunlardan ikisi öyrənilən qaydaların və lüğətin möhkəmləndirilməsinə dair çalışmalar, digəri isə fransız dilində kiçik mahnı idi.Şagirdlər mahnını sevinclə ifa etdilər.Dərsin sonunda müəllimə şagirdləri qiymətləndirdi. Dərsin təşkili, vaxt bölgüsünün düzgün bölunməsi müəllimin pedagoji ustalığını təsdiq edirdi.Dərsdə iştirak edənlər hesab etdilər ki, müəllimin dərsi yüksək səviyyədə kecdi və onun gələcəkdə bu cür yüksək keyfiyyətli tədbirlərdə iştirakını tövsiyyə etdilər.