Filologiya və xarici dillər fakültəsində 2026/2027-ci tədris ilində pedaqoji və istehsalat təcrübələrində iştirak edəcək buraxılış kurs tələbələri ilə maarifləndirici görüş keçirildi

Gəncə Dövlət Universitetinin Filologiya və xarici dillər fakültəsində 2026/2027-ci tədris ilində pedaqoji və istehsalat təcrübələrində iştirak edəcək Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, filologiya (Azərbaycan dili və ədəbiyyatı), xarici dil müəllimliyi (ingilis, alman, rus, fransız dilləri üzrə), tərcümə (ingilis dili) ixtisaslarının buraxılış kurs tələbələri ilə maarifləndirici görüş keçirildi.

Görüşdə Təcrübə və karyera şöbəsinin müdiri, dosent Cabbar Qarayev, fakültənin dekanı və ixtisas kafedralarının müdirləri iştirak ediblər.

Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev çıxış edərək pedaqoji və istehsalat təcrübələrinin təşkili, keçirilməsi qaydaları ilə tanış etdi. Təcrübə müddətində tələbələrin təhkim olunduqları məktəb və digər müəssisə, təşkilatlar, təcrübə rəhbərləri haqqında məlumat verdi.

Çıxış edənlər təcrübənin əhəmiyyətini vurğuladılar, tələbələri maraqlandıran məsələlərdən bəhs etdilər.