fakültədə növbəti Conversation Club keçirildi

25.11.2026-cı il tarixdə Filologiya və Xarici Dillər fakültəsində növbəti Conversation Club (danışıq klubu) təşkil olunmuşdur. Tədbir Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi Cəlilova Türkan tərəfindən hazırlanmışdır. Danışıq klubunun bu dəfəki mövzusu “Happiness” (xoşbəxtlik) idi. Müəllim tələbələrə bu mövzuda müxtəlif suallar ünvanladı, mövzu ilə bağlı müzakirələr aparıldı. Tədbirdə İngilis dili müəllimliyi ixtisasının 1-ci, 2-ci, 3-cü və Azərbaycan dili və ədəbiyyatı ixtisasının 1-ci kurs tələbələri iştirak etdilər.