Təbrik edirik!

Gəncə Dövlət Universiteti Qrammatika və ingilis dilinin tədrisi kafedrasının böyük lobarantı İsmət Nəriman qızı Quliyevanın 60 illik yubileyi keçirildi. Tədbirdə Universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Afaq Qasımova, Filologiya və xarici dillər fakültəsinin dekanı filologiya elmləri doktoru Yadigar Əliyev və Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri dosent Elnarə Abdullayeva yubilyarı səmimi təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.