


Universitetimizdə 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına ictimai baxış üçün Mediatur təşkil olunub. Mediaturda Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, millət vəkili Pərvin Kərimzadə, “Gəncənin səsi”, eləcə də “Novosti Qyandja” qəzetlərinin məsul əməkdaşları, digər KİV nümayəndələri, universitetin professor-müəllim heyəti və tələbə valideynləri iştirak ediblər. İlk olaraq imtahan prosesinin təşkili və keçirilməsi qaydaları ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, “2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrin tələbləri nəzərə alınmaqla bütün texniki-təşkilati işlər vaxtında görülüb, tələbələrin biliklərini nümayiş etdirməsi üçün lazımi şərait yaradılıb. Daha sonra mediatur iştirakçıları auditoriyalarda imtahanların gedişini yaxından izləyiblər. Bununla yanaşı onlar imtahan prosesini izləmək üçün xüsusi monitorlarla təchiz edilmiş müşahidə otağı ilə də tanış olublar. Müşahidəçilər tələbələrin bilik və bacarıqlarını nümayiş etdirmək üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər. Tələbə valideynləri imtahanlarda obyektivliyin, şəffaflığın təmin olunmasına və imtahanların ədalətli şəkildə təşkilinə görə rektor professor Yusif Yusibova təşəkkürlərini bildiriblər.
