“Fellərin zaman formalarını düzəldərkən  yol verilən səhvlər” mövzusunda təlim keçirilib

    20.05.2025-ci il tarixində Gəncə Dövlət Universitetində  “Fellərin zaman formalarını düzəldərkən  yol verilən səhvlər” mövzusunda təlim keçirilib. Rus dili kafedrasının  baş müəllimi  Piriyeva Leyla  Məzahir qızı tərəfindən aparılan təlimdə rus dilində feilərin zamanlarını düzəldərkən yaranan səhvlərdən danışırdı.

    Nitq mədəniyyəti cəmiyyətdə təhsilin səviyyəsini və dil normalarına diqqəti əks etdirir. Felin zamanlarından düzgün istifadə nitqin dəqiqliyinə və aydınlığına kömək edir. Çox vaxt fel zamanında səhv dəyişikliklərlə əlaqəli səhvlər olur, bu da anlaşılmazlıqlara və nitqin ifadəliliyinin azalmasına səbəb olur.

   Təlimdə fellərin zaman formalarını düzəldərkən  yol verilən səhvlər araşdırıldı,  effektiv tədris metodlarıdan və ünsiyyət bacarıqlarını  necə təkmilləşdirməsi haqında bəhs edildi.